Press "Enter" to skip to content

KKTC Baş naziri rumların müraciətini rəzalət adlandırdı

Baş nazir Ersan Saner: Nikos Anastasiadisin Pasxa Bayramı münasibətilə yaydığı mesaj tam bir rəzalətdir

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Ersan Saner Kıbrıs rum kəsiminin lideri Nikos Anastasiadisin Pasxa Bayramı münasibətilə yaydığı mesaji “tam bir rəzalət” kimi dəyərləndirib.

N.Anastasiadisin bu mesajını Kıbrıs türk xalqı üçün təhqir hesab edən Baş nazir rum liderini sərt şəkildə tənqid edib. KKTC-nin Azərbaycandakı təmsilçiliyindən verilən xəbərdə belə deyilir.

N.Anastasiadisin və onun kimilərin Kuzey Kıbrıs Türk Cümhuriyyəti dövlətini görməzdən gəlməsini qəbuledilməz sayan E.Saner deyib: “Bilsinlər ki, Kuzey Kıbrıs Türk Cümhuriyyəti ən azı özlərinin dövləti qədər suveren və müstəqildir. Belə olmağa da davam edəcək və gec-tez beynəlxalq arenada haqq etdiyi yeri alacaq”.

“Kıbrıs Türk xalqı 1571-ci ildən bu günə kimi adanın gerçək sahiblərindən biridir və ən azı Kıbrıslı rumlar qədər suverendir. Türk milləti və onun ayrılmaz bir parçası olan Kıbrıs Türk xalqı rum-yunan cütlüyünün genişlənmə xəyallarının gerçəkləşməsinə imkan vermədi və verməyəcək.

“N.Anastasiadisin Ortodoks dünyasının ən önəmli bayramlarından olan Pasxa səbəbilə iki dildə yayımladığı mesaj tarixi gerçəkləri təhrif etməkdən başqa bir şey deyil. Bu tam bir rəzalətdir”, – deyə Baş nazir əlavə edib.

Mission News Theme by Compete Themes.