Press "Enter" to skip to content

Türkiyə və Rusiya prezidentləri Qarabağı müzakirə edib

Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan mayın 5-də Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Bu haqda xəbəri Türkiyə Cümhurbaşqanı özünün Telegram hesabında paylaşıb.

R.T.Erdoğan yazıb ki, telefon görüşməsində iki ölkə arasında ilişkiləri inkişaf etdirəcək addımlar, COVID-19-la mücadilədə işbirliyi və bölgəyə aid məsələlər müzakirə edilib.

“Əldə edilən razılaşma çərçivəsində Rusiyadan Türkiyəyə göndəriləcək “Sputnik V” peyvəndinin göndərişinin planlanan şəkildə gerçəkləşməsini gözlədiyimizi Sayın Putinə bildirdim”, – deyə R.T.Erdoğan bildirib.

Türkiyə Cümhurbaşqanı eyni zamanda iki ölkə arasındakı işbirliyinə COVID-19 peyvəndinin istehsalının da əlavə edilməsindən məmnunluğunu bildirib.

“Suriyada qalıcı sabitliyin təmin edilməsində Türkiyə-Rusiya işbirliyinin önəminə işarət edərək Dağlıq Qarabağ mövzusunda da bölgəsəl normallaşma və sabitlik sürəcindən yaxşı istifadə edilməsinin gərəkliliyini dilə gətirdim”, – deyə R.T.Erdoğan qeyd edib.

Rusiya Prezidentinin Administrasiyası da telefon söhbəti haqqında xəbər yayıb. Burada tərəflərin həm də Liviya ilə bağlı fikir mübadiləsi apardığı qeyd edilib.

Mission News Theme by Compete Themes.