Press "Enter" to skip to content

Belçikadakı Azərbaycan Evinin fəaliyyət istiqamətləri

Son yeniləmə: 9 Sentyabr 2021 15:18

Bayraqdar.info – Belçikadakı Azərbaycan Evinin gələcək fəaliyyət istiqamətlərinə həsr olunmuş ilk toplantı keçirilib. Toplantıda Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Belçika üzrə əlaqələndiricisi İlkin Hüseynzadə və Belçika Azərbaycanlıları Federasiyasının idarə heyətinin üzvləri iştirak ediblər.

Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, İ.Hüseynzadə soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiya olunmasını təmin etmək məqsədilə Azərbaycan Evinin vahid mərkəzə çevrilməsi ideyası, bu ideyanın həyata keçirilməsi yolları, nəzərdə tutulmuş tədbirlər planı barədə məlumat verib. Toplantıda yeni yol xəritəsinin hazırlanması, azərbaycanlı icmasının Belçikadakı siyasi institutlar, inzibati mərkəzlərlə əməkdaşlıq etməsi və bu istiqamətdə ardıcıl və sistemli işin aparılmasının önəmi bardə fikir mübadiləsi aparılıb. Həmçinin sadalanan məsələlərlə bağlı təkliflər səsləndirilib.

Mission News Theme by Compete Themes.