Press "Enter" to skip to content

KKTC Xarici İşlər Nazirliyindən rum tərəfinə etiraz

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyi Güney Kıbrısda orta məktəblərdə istifadə edilən dərslikdən Mustafa Kamal Atatürklə bağlı səhifənin əvvəlcə qoparılması, sonra isə kitabın “uyğunsuz” hesab edilərək tamamilə toplanmasına dair əmri sərt şəkildə qınayıb.

Bu barədə bayraqdar.info-ya KKTC-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

KKTC XİN-in bununla bağlı yaydığı açıqlamada deyilir: “Güney Kıbrısda orta məktəblərdə istifadə olunan dərslikdən Ulu Öndərimiz Mustafa Kamal Atatürklə bağlı bölümün yer aldığı səhifənin öncə qoparılması, sonra kitabın “uyğunsuz” hesab edilərək tamamilə toplanması ilə əlaqədar Rum Təhsil Nazirliyinin verdiyi qərarı şiddətlə qınayırıq. Bu qərar, Kıbrıs rum rəhbərliyinin irqçi münasibətinin yeni bir nümunəsidir”.

Açıqlamada Mustafa Kamal Atatürkün Türkiyə Cümhuriyyətinin qurulması əsnasındakı qəhrəmanlığı və Cümhuriyyət qurulduqdan sonra həyata keçiridyi islahatlarla təkcə türk milləti üçün deyil, bütün dünya ölkələri üçün ilham verən bir lider olduğu vurğulanıb. Türk millətinin liderinə qarşı edilən bu sayğısızlığın qəbuledilməz olduğu bəyan edilib.

Mission News Theme by Compete Themes.