Press "Enter" to skip to content

Lefkoşanın fəthinin 451-ci ildönümü münasibətilə mərasim

Son yeniləmə: 9 Sentyabr 2021 16:49

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin paytaxtı Lefkoşanın Osmanlı İmperatorluğu tərəfindən fəth edilməsinin 451-ci ildönümü qeyd edilib. Bayram mərasimi sentyabrın 9-da səhər Lefkoşa Şəhidləri Anıtı qarşısında təşkil edilib.

Bu barədə bayraqdar.info-ya KKTC-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, mərasim protokola uyğun olaraq abidəyə çələnglərin qoyulması ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himninin müşayiəti ilə bayraqların qaldırılmasından sonra mərasim başa çatıb.

Qeyd edilib ki, mərasimə Lefkoşa Valiliği, Kıbrıs Türk Barış Qüvvələri, Təhlükəsizlik Qüvvələri Komandanlığının nümayəndələri, ordu rəsmiləri, həmçinin qurum, təşkilat, birlik və siyasi partiyalardan nümayəndələr qatılıb.

Xatırladaq ki, Osmanlı donanması 1 iyul 1570-ci ildə Limasola gəlib. Limasol və Larnakanın ardınca 45 gün davam edən döyüşlərdən sonra 9 sentyabr 1570-ci ildə Lefkoşa fəth edilib.

Mission News Theme by Compete Themes.