Press "Enter" to skip to content

Qardaş Qırğızıstandan Heydər Əliyevin anım gününə

Heydər Əliyev

Son yeniləmə: 11 Dekabr 2021 18:46

Bayraqdar.info – Qardaş Qırğızıstanda fəaliyyət göstərən Azərbaycanın Dostları Klubunun prezidenti Assol Moldokmatova ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı Prezident İlham Əliyevə məktub göndərib.

Məktubun surətini bayraqdar.info-ya da təqdim edən A.Moldokmatova Azərbaycanın və müasirliyin böyük siyasi lideri olan H.Əliyevlə bağlı xoş sözlər deyir, onun anım günündə Azərbaycan xalqının kədərini bölüşür.

“Mən də Qırğızıstandakı Azərbaycanın Dostları Klubunun bütün üzvləri kimi əminəm ki, bizim bütün xalqımız bu əfsanəvi tarixi şəsiyyətin xatirəsinə dərin hörmət bəsləyir. Sizin atanız doğrudan da dünya səviyyəli möhtəşəm milli lider idi. Azərbaycana ən böhranlı anlarında başçılıq edərək o, ölkəni inamla müstəqillik yolunda irəlilətdi”, – deyə A.Moldokmatova məktubunda qeyd edir.

O, daha sonra bildirir ki, “H.Əliyev hazırda dinamik inkişaf edən, öz gücünə və gələcəyinə əmin olan, dünya səhnəsində yüksək hörmət qazanan Azərbaycanın əsasını qoyub. Siz atanızın layiqli oğlu və böyük missiyasının layiqli davamçısısınız”.

“Azərbaycan xalqının böyük oğlunun anım günündə mən, bizim türk xalqlarında qəbul edildiyi kimi, Tanrıdan diləyirəm ki, “Catkan ceri cayluu, topuraqı torko bolsun” (Yatdığı yer rahat, torpağı təmiz olsun).

“Və cənab Prezident, böyük H.Əliyevin amallarının davamçısı kimi qoy sizi daim bizim böyük əcdadlarımız Manas Ata və Qorqud Atanın ruhu hifz eləsin”, – deyə A.Moldokmatova məktubunu bitirir.

Mission News Theme by Compete Themes.