Press "Enter" to skip to content

Türk dünyası üçün “Dokuz Oğuz” dizisi gəlir – VİDEO

"Dokuz Oğuz"dan görüntü

Son yeniləmə: 22 Yanvar 2023 19:05

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Fox TV kanalı yanvarın 28-dən başlayaraq tamaşaçılarına yeni “Dokuz Oğuz” (Doqquz Oğuz) dizisini təqdim edəcək. TV kanalın artıq tizerini yayımladığı dizi “türkün olduğu hər yerdə türk üçün savaşacaq “Oğuz Timi”nin hekayətini anladır”.

Albay Tomris Toprak “Türk Dünyası Acil Müdahele Timi“ni qurmaq üçün ciddi çalışmış və ən seçkin əsgərlərdən ibarət “Oğuz Timi”ni qurmuşdur. Türk Silahlı Qüvvələrinin göz bəbəyi olan bu birlik dünyanın hər nöqtəsində məhvə, zülmə uğrayan türklər üçün mücadilə edəcək.

Tim komutanı Türk Silahlı Qüvvələrinin ən bacarıqlı və ən cəsur zabitlərindən biri olan yüzbaşı Batur Karanlık və onun istəyi ilə “Oğuz Timi”nə qəbul edilən sözləşməli əsgərlər Okan DemirkırYaşar Kayatürk, leytenant Yiğit Toygar, kiçik zabitlər Ercan Korkut, Umay Çolpan, Timur GökayBoran Delideniz and içərək görəvə başlayır. “Oğuz Timi”nin görəvə başlamasıyla artıq dünyada heç bir türk kimsəsiz deyildir.

Fox TV-nin dizi ilə bağlı sosial media hesabında belə bir tanıtım təqdim edilib.

Dizidə Kubilay Aka, Yasemin Allen, Dağhan Külegeç, Tuncer Salman kimi aktyorlar rol alıb. GOLD yapıma aid olan dizinin ssenari müəllifi Süleyman Çobanoğludur. Yönətmən isə Cem Akyoldaşdır.

Mission News Theme by Compete Themes.