Press "Enter" to skip to content

Azərbaycan avarçəkəni Avropa üçüncüsü olub

Azərbaycan avarçəkəni Avropa üçüncüsü olub

BAYRAQDAR MEDİA – 3-6 iyul tarixlərində Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Azərbaycan komandasının üzvlərindən kanoe qayığında mübarizə aparan Tatyana Smilovenko üçüncü yer tutub. O, təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib. Finalda finiş xəttini üçüncü keçən Tatyana Avropa çempionatının bürünc medalına layiq görülüb”.

Mission News Theme by Compete Themes.