Press "Enter" to skip to content

Uşaqlara təhlükəsizlik təlimi

Təlim zamanı

BAYRAQDAR MEDİA – İğdır Vilayət Polis İdarəsinin İctimai Dəstəkli Polislik Şöbəsi Kuba Məscidinin Quran kursunu ziyarət edərək balaca uşaqlarla görüşüb. Ziyarət zamanı uşaqlara polis peşəsi, ümumi təhlükəsizlik qaydaları, 112 Təcili Yardım Xətti və yol hərəkəti təhlükəsizliyi haqqında mühüm məlumatlar verilib.

Bu barədə igdirhaber.net saytında məlumat verilib.

Bildirilib ki, “polis əməkdaşları “Xoşbəxt Uşaqlar, Təhlükəsiz Sabahlar” devizi ilə fəaliyyətlərini davam etdirir. Bu çərçivədə Kuba Məscidində keçirilən tədbirdə gələcəyin təminatı olan uşaqlara maarifləndirici məlumatlar çatdırılıb. Bu mənalı görüş zamanı uşaqlara asan və əyləncəli dillə bir çox mövzularda məlumat verilib”.

Mission News Theme by Compete Themes.