BAYRAQDAR MEDİA – Eskişehirdə avtobus dayanacaqlarında oturacaq yerinin olmaması səbəbindən bəzi sakinlər evlərindən gətirdikləri kresloları dayanacaqlara qoyurlar.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, Tepebaşı rayonunun Yeşiltepe məhəlləsində yerləşən Sınırboyu və Beykoz küçələrindəki dayanacaqlarda oturmaq üçün yer olmadığından, xüsusilə yaşlılar və tələbələr çətinlik çəkirlər: “Bəzi vətəndaşlar artıq istifadə olunmayan kresloları dayanacaqlara qoyaraq gözləmə sahəsi yaradıblar. Daha əvvəl bənzər yerlərə qoyulan stullar yoxa çıxsa da, bu dəfə kresloların üzərinə “dayanacaq” yazılaraq oğurlanmalarının qarşısı alınmağa çalışılır”.





