Press "Enter" to skip to content

QHT-lər üçün WUF13-lə bağlı onlayn məlumatlandırıcı sessiya təşkil olunub

İclas zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan Milli QHT Forumu (AMQF) WUF13-də vətəndaş cəmiyyəti institutlarının fəal iştirak imkanlarına dair onlayn məlumatlandırıcı sessiya təşkil edib. 2026-cı il mayın 8-də keçirilən sessiyada “UN-Habitat”ın (BMT-nin Məskunlaşma Proqramı) nümayəndəsi Aditya Kumar da iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya AMQF-dən məlumat verilib.

Məlumata görə, o, vətəndaş cəmiyyəti institutlarını WUF13 platformasının təqdim olunan imkanlardan bəhrələnməyə çağırıb, bu mövzuda təqdimatla çıxış edib. Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, WUF13-də yerli QHT-lərin tədbirlər keçirməsi üçün Azərbaycanın QHT Agentliyinin xətti ilə ödənişsiz pavilyon fəaliyyətdə olacaq.

Qlobal Cənub QHT Platformasının nümayəndəsi Fuad Kərimli Platformanın da xarici QHT-lər üçün pavilyona malik olacağını qeyd edib. Artıq 30-dan çox xarici QHT tədbirlər üçün qeydiyyatdan keçib.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT -lərinin Platformasının Baş katibi Azər Allahverənov WUF13 çərçivəsində tədbir keçirəcək təşkilatlar arasında koordinasiyanın gücləndirilməsinin və operativ məlumat mübadiləsinin təmin olunmasının vacibliyini diqqətə çatdırıb.

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova çıxışında WUF13 çərçivəsində inklüzivlik istiqamətində təşkil olunacaq təşəbbüslər barədə məlumat verib.
Sessiya çərçivəsində iştirakçıların sualları cavablandırılıb, forum zamanı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.