Aygün Əliyeva: Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platforması bir il ərzində beynəlxalq həmrəylik platformasına çevrilib
BAYRAQDAR MEDİA – “Bakıda yaradılan Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platforması bir il ərzində coğrafi və siyasi fərqləri aşan beynəlxalq həmrəylik platformasına çevrilib”.
Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.
Agentliyin İdarə Heyətinin sədri vurğulayıb ki, bu gün dünya mürəkkəb geosiyasi böhranlar, iqlim dəyişikliyi, humanitar çağırışlar və artan bərabərsizliklərlə üz-üzədir: “Belə bir dövrdə Qlobal Cənubun baxış bucağı daha aydın və daha güclü şəkildə eşidilməlidir. Dünyanın əksəriyyətinin səsi eşidilməz qaldığı halda, dünyanın gələcəyinə dair qərarlar qəbul edilə bilməz. Biz inanırıq ki, Qlobal Cənub sadəcə bir müzakirə obyekti olaraq qalmamalı, qlobal gündəliyin formalaşdırılmasında və onun gələcəyinə təsir edən qərarlara töhfə verilməsində konstruktiv iştirakçı rolunu oynamalıdır. Çünki həqiqi ədalət Qlobal Cənubun perspektivlərinə hörmətlə yanaşılmasını, ədalətlə əks olunmasını və ortaq gələcəyimizin formalaşdırılmasında lazımi dərəcədə nəzərə alınmasını tələb edir”.






İlk şərhi yaza bilərsiniz