Press "Enter" to skip to content

Ramil İsgəndərli bir illik fəaliyyətə dair hesabat verdi

Ramil İsgəndərli çıxış edərkən

Fuad Kərimli Qlobal Cənub QHT Platformasının Baş katibi seçildi

BAYRAQDAR MEDİA – Azərbaycan Milli QHT Formunun İdarə Heyətinin sədri Ramil İskəndərlinin Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi postunda səlahiyyət müddəti başa çatıb.

Bu barədə Forumdan məlumat verilib.

Məlumatda deyilir ki, Ramil İskəndərli Baş Assambleyada ötən 1 illik fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib: “Hesabatda platformanın fəaliyyətinin BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi tərəfindən yüksək qiymətləndirildiyini və təşkilatın yaradılmasının rəsmi şəkildə müsbət qarşılanmasını qeyd edib. Həmçinin bu müddətdə Platformanın BMT-nin İqlim üzrə Yardımçı Orqanların 62-ci sessiyası, Qadınların Statusu Komissiyasının 69-cu sessiyası, Afrika Urban Forumu və digər beynəlxalq platformalarda fəal iştirak edərək iqlim ədaləti, dayanıqlı inkişaf və Cənub-Cənub əməkdaşlığının təşviqi istiqamətində mühüm beynəlxalq təşəbbüslərlə çıxış etdiyini qeyd edib”.

Məlumatda qeyd edilib ki, Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən Qlobal Cənub QHT Platformasının Baş katibi Fuad Kərimli seçilib: “Beləliklə, növbəti 5 il ərzində Platformanın katibliyinin Azərbaycan həyata keçirəcək. Həmçinin “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının (GSNP) Baş katibi və regionlar üzrə onun müavinləri seçilib. Azərbaycan təmsilçisi Fuad Kərimli GSNP-nin Baş katibi seçilib. Beləliklə, qarşıdakı 5 il müddətində təşkilata sədrliyi Azərbaycanın QHT təmsilçisi edəcək. Fuad Kərimli bundan əvvəl GSNP Katibliyində çalışıb.

Keniya təmsilçisi Mithika Mwenda GSNP Baş katibinin Afrika regionu, Özbəkistan təmsilçisi Bobur Bekmurodov Asiya regionu, Ekvador təmsilçisi Luis Gallegos Latın Amerikası regionu, Filippindən olan Cecile Guidote-Alvarez isə Sakit okean regionu üzrə müavini seçiliblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.