Press "Enter" to skip to content

KKTC-nin QHT təmsilçiləri nümayəndəlikdə olub

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) QHT təmsilçiləri bir sıra grüşlər keçirib, həmçinin, KKTC-nın Azərbaycandakı nümayəndəliyində olublar.

Bu barədə BAYRAQDAR MEDİA-ya Kıbrıs Türk İş İnsanlarə Dərnəyi (İŞAD) İdarə Heyətinin üzvü və qurumun Azərbaycan rəhbəri İlhami Bilgen məlumat verib.

Bildirilib ki, İŞAD İdarə Heyətinin üzvü və Azərbaycan rəhbəri İlhami Bilgən, həmçinin Kıbrıs Türk Mavi Vətən Dərnəyinin sədr müavini Metin Yılğın KKTC-nin Azərbaycandakı nümayndəliyinin rəhbəri Ufuk Turganeri ziyarət ediblər. Görüş zamanı müxtəlif regional əməkdaşlıq məsələləri və qarşılıqlı əlaqələr müzakirə olunub.

Məlumata əsasən, görüşdə KKTC nümayəndəliyinin 3-cü katib Görkem Reis də iştirak edib. Heyət göstərilən qonaqpərvərliyə görə səfir Ufuk Turganerə təşəkkürünü bildirib. Qeyd olunub ki, bu cür görüşlər türk dünyasında vətəndaş cəmiyyəti və institusional əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.