Press "Enter" to skip to content

Metin Yılğın: Xəzər dənizi də konsepsiyaya daxil edilib

Xəritə təqdim edilərkən

Son yeniləmə: 2 İyun 2026

BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumunda iştirak üçün Bakıda olan KKTC-nin Mavi Vətən Dərnəyinin sədr müavini Metin Yılğın, TDT-yə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənova yeni “Mavi Vətən” xəritəsini təqdim edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Metin Yılğın özü məlumat verib.

O, bildirib ki, xəritədə Qara dəniz, Mərmərə, Egey və Aralıq dənizi ilə yanaşı, Xəzər dənizi də konsepsiyaya daxil edilib: “Bu yeni vizyonun gələcəkdə bütün türk dövlətləri tərəfindən dəstəklənməsi arzu olunur”.

Azər Allahverənov isə belə təşəbbüslərin türk dünyasının birliyinə mühüm töhfə verdiyini vurğulayıb.

Mission News Theme by Compete Themes.