Press "Enter" to skip to content

İlhami Bilgen: Biz bir millət üç dövlətik

Təqdimat zamanı

Son yeniləmə: 17 May 2026

BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumunda iştirak üçün Bakıda olan KKTC-nin QHT heyəti arasında Kıbrıs Türk İş İnsanları Derneğini (İŞAD) İdarə Heyətinin üzvü və Azərbaycan rəhbəri İlhami Bilgen da var.

İlhami Bilgen TDT-yə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənova İŞAD plaketi təqdim edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İlhami Bilgen özü məlumat verib.

Bildirilib ki, görüş zamanı təşkilatın türk dünyası ilə bağlı baxışı və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. İlhami Bilgen Azərbaycan dövlətinin və xalqının Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) dəstəyi bizlər üçün xüsusi önəm kəsb edir. Əslində, biz hesab edirik ki, bu dəstək, KKTC-yə olan bu sevgi təbiidir. Çünki biz “bir millət üç dövlətik”. Deməli, bizim ayrımız-qeyrimiz olmamalıdır” deyib. O, bu yolda fəaliyyətinə və KKTC-yə dəstəyinə görə A.Allhaverənova təşəkkür edib.

Azər Allahverənov isə belə təşkilatların tədbirdə iştirakının mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, QHT-lərin fəallığı Türk dünyasında daha dayanıqlı iqtisadi və ictimai əlaqələrin formalaşmasına töhfə verir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.