Son yeniləmə: 17 May 2026
BAYRAQDAR MEDİA – Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumu çərçivəsində Kuzey Kıbrıs Tanıtım Platformasının rəhbəri Okyay Sadıkoğlu bir sıra görüş və panellərdə iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Okyay Sadıkoğlu məlumat verib.
O, qeyd edib ki, görüşlərdə KKTC-nin türk dünyasında tanınmasının artırılması və QHT-lər arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Forum çərçivəsində O.Sadıkoğlu TDT-yə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənova təşəkkür plaketi təqdim edib. O bildirib ki, Azər Allahverənov Kuzey Kıbrısın tanınması istiqamətində mühüm fəaliyyət göstərir.
O.Sadıkoğlu onu da qeyd edib ki, Türk dövlətləri arasında əlaqələrin daha da güclənməsi gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.





