Press "Enter" to skip to content

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası davam edir

İclas zamanı

Türk Mədəniyyəti və İrsi Fondu WUF13 çərçivəsində ənənəvi türk evlərinin memarlıq irsini təqdim edib

BAYRAQDAR MEDİA – BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Türkiyə pavilyonunda – Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “İrsdən dayanıqlılığa doğru: Türk evləri” mövzusunda panel sessiya təşkil olunub.

Panel sessiyası Türk Mədəniyyəti və Mirası Fondunun layihə rəhbəri Nuri Aksunun moderatorluğu ilə keçirilib.

Paneldə ənənəvi türk evlərinin memarlıq kimliyinin qorunması, mədəni irs vasitəsilə şəhər dayanıqlılığının artırılması və tarixi şəhərlərdə davamlı bərpa təcrübələri müzakirə edilib.

Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda belə nüfuzlu tədbirin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin Memarlıq fakültəsinin fəxri professoru Oğuz Ceylan məruzə ilə çıxış edib. O, dayanıqlı və davamlı şəhər mühitinin formalaşdırılmasında ənənəvi ev modellərinin rolundan danışıb, bu təcrübələrin müasir şəhərsalma yanaşmaları ilə inteqrasiyasının vacibliyini diqqətə çatdırıb.

Panel sessiyada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Trabzon Böyükşəhər Bələdiyyə sədri Ahmet Metin Genc və qazaxıstanlı arxeoloq Sauran Kaliyev öz ölkələrinin bu sahədəki təcrübələrini bölüşüblər.

Panelin yekununda bildirilib ki, türk dövlətləri arasında ortaq memarlıq irsinin qorunması və onun müasir şəhərsalma modellərinə inteqrasiyası istiqamətində daha güclü əməkdaşlıq şəbəkəsinin yaradılması hədəflənir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.