BAYRAQDAR MEDİA – Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) beynəlxalq əməkdaşlığı genişləndirir. Bu istiqamətdə daha bir addım atılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ASTF-dən daxil olub.
Xəbərdə deyilir ki, “Daşkənddə Özbəkistan Stolüstü Tennis Federasiyası (ÖSTF) ilə ASTF arasında qarşılıqlı əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalanıb. ASTF-nin baş katibi Könül Mikayılova və ÖSTF-nin baş katibi Gövhərxan Müqəddəsovanın imzaladığı bu strateji sənəd iki qardaş ölkənin idmançıları, məşqçiləri və hakimləri üçün yeni imkanlara yol açacaq”.
Ardınca xəbərdə, “Memorandumun əsas mahiyyəti və istiqamətləri peşəkar idmançıların hazırlanması: müasir elmi metodların praktikada tətbiqi və idmançıların təcrübə mübadiləsinin təşkili; idman araşdırması və təcrübəsi: iki ölkənin məşqçiləri və hakimləri arasında qarşılıqlı təlim proqramlarının yaradılması; birgə yarışlar: milli komandalar arasında yoldaşlıq oyunları;birgə təlim-məşq toplanışları; idman təbabəti və antidopinq: tibb və dopinqlə mübarizə sahəsində təcrübə mübadiləsi, ixtisaslaşmış xəstəxanalara və idman mərkəzlərinə səfərlərin təşkili; idman investisiyası və turizm: birgə idman tədbirləri vasitəsilə hər iki ölkədə idman turizminin inkişafı sahəsində əməkdaşlıqdır” deyə qeyd edilir.
Bu əməkdaşlıq növbəti illərdə hər iki ölkə idmançılarının beynəlxalq arenalarda yüksək nəticələr qazanmasına xidmət edəcək.






İlk şərhi yaza bilərsiniz