Press "Enter" to skip to content

İdman sahəsində əməkdaşlıq protokolu

BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universiteti ilə Çanakkalespor Klubu arasında korporativ kommunikasiya, təhsil və rəqəmsal transformasiya sahələrini əhatə edən əməkdaşlıq protokolu imzalanıb.

Bu barədə univeristetin məlumatında qeyd edilib.

Məlumata görə, Protokol çərçivəsində universitetin akademik təcrübəsi ilə klubun idman fəaliyyəti bir araya gətiriləcək: “Əməkdaşlıq çərçivəsində korporativ kommunikasiya proseslərinin gücləndirilməsi, personalın peşəkar inkişafı və rəqəmsal yeniliklərin tətbiqi nəzərdə tutulur. Layihədə süni intellekt dəstəyi ilə rəqəmsal məzmunların hazırlanmasına xüsusi önəm veriləcək. Klubun vizual kimliyinin inkişafı üçün yeni dizaynlar və sosial media materialları hazırlanacaq”.

Bir il müddətində qüvvədə olacaq protokolun Çanakkalenin idman və kommunikasiya sahəsində inkişafına töhfə verməsi gözlənilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.