Press "Enter" to skip to content

Azərbaycanlı avarçəkənlərin Qazaxıstanda uğuru

Azərbaycanlı avarçəkənlərin Qazaxıstanda uğuru

BAYRAQDAR MEDİA – Qazaxıstanın Uralsk şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq reqata başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından daxil olub.

Xəbərdə bildirilir ki, “yarışa 4 nəfərlik heyətlə yollanan komandanın bütün üzvləri medal qazanmağı bacarıb. İkinəfərlik kanoe qayığında mübarizə aparan Vaqif MustafazadəFəxri Sadıqlı 200 metr məsafəyə yürüşlərdə 3-cü yer tutublar. İkinəfərlik kayak qayığında mübarizə aparan Sənan CəfərzadəTahir Mövsümov cütlüyü 500 metr məsafədə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Sənan və Tahir 200 metr məsafəyə yarışlarda gümüş medala layiq görülüblər” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.