Press "Enter" to skip to content

Növbəti tədbir Saatlıda keçirilib

Tədbir zamanı

Son yeniləmə: 22 İyun 2026

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsinin fəaliyyət planı çərçivəsində növbəti maarifləndirmə və məlumatlandırma tədbiri Saatlı şəhərində keçirilib.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, Saatlı şəhərində bu mövzuda keçirilən ikinci tədbirdə iştirakçılara müəyyən bilik və məlumatlar verilib: “Tədbirlər “Rezonans” Gənclərin İctimai Birliyinin sədri Toğrul Abbasbəylinin moderatorluğu ilə keçirilib. Saatlı RİH-nin nümayəndəsi Aqşin Məmmədov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. Ekspertlər “Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri Əhməd Abbasbəyli, “Biosfer” İB-nin sədri Qorxmaz İbrahimli məruzə ilə çıxış ediblər”.

Məlumata görə, iştirakçıların çoxsaylı sualları cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirin yekununda “Rezonans” GİB-nin icraçı direktoru Məhəmmədəli Mərdanov layihəyə və tədbirə göstərdikləri maraq və diqqətə görə iştirakçılara təşəkkürünü bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.