Press "Enter" to skip to content

Məlumatlandırma tədbiri keçirilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – “Quba-Xaçmaz regionunda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində Şabran rayonunun Şahnəzərli kəndində məlumatlandırma tədbiri keçirilib.

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşan layihənin əsas məqsədi insan alveri cinayəti, məişət zorakılığı, erkən nigahlar və uşaq əməyinin istismarı kimi hallara qarşı dövlət tərəfindən müvafiq qanunverici bazasının yaradılması və vətəndaşların qorumaq istiqamətində zəruri tədbirlər görülməsinə baxmayaraq həyatlarını təhlükəyə atan, buna bənzər cəhdlər edən insanların maarifləndirilməsi və bu kimi tendensiyaların qarşısının alınmasıdır.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində Qusar, Xaçmaz və Şabran rayonlarının ərazisində sosial çəhətən həsas qrupların maarifləndirilməsi yolu ilə onların dövlət tərfindən təqdim olunan sosial xidmətlərə çıxışlarının yaxşılaşdıraraq insan alveri cinayəti, məişət zorakılığı və üzləşə biləcəyi digər təhlükələrdən qorunması istiqamətində işlər həyata keçirilir.

Növbəti tədbirdə yerli səviyyədə iştirakçılığın təşviq edilməsi yolu ilə vətəndaşların problemlərinin həlli istiqamətində təşəbbüskarlığının inkişaf etdirilməsi məqsədi ilə ətraflı məlumatlandırma işləri həyata keçirilib: “Tədbirdə risk qrupuna daxil olan ailələr, onları narahat edən problemlər dinlənilib və onların həlli istiqamətində müzakirələr aparılıb. Müzakirələrdə kənd icra nümayəndələri, bələdiyyə əməkdaşları və kənd əhalisi iştirak edərək mövcud problemlərin həlli istiqamətində birgə həll yolları səsləndirilib. Tədbirdə 30 nəfər kənd sakini iştirak edib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.