Press "Enter" to skip to content

Özbəkistanda III Beynəlxalq Məqam Sənəti Forumunun açılışı

Özbəkistanda III Beynəlxalq Məqam Sənəti Forumunun açılışı

BAYRAQDAR MEDİA – İyunun 23-də Özbəkistanın Namanqan şəhərində UNESCO və ICESCO-nun himayəsi altında təşkil olunan III Beynəlxalq Məqam Sənəti Forumunun təntənəli açılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “açılış mərasimində mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Bir sıra ölkələrdən tanınmış musiqi xadimləri, ifaçılar, tədqiqatçılar və mədəniyyət sahəsi təmsilçilərinin qatıldığı forum iyunun 26-dək davam edəcək. Forumda Şərq klassik musiqi irsinin mühüm qollarından hesab edilən məqam (muğam) sənətinin tarixi, müasir inkişaf istiqamətləri, onun qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olunur”.

Daha sonra xəbərdə, “2018-ci ildə əsası qoyulan və iki ildən bir təşkil olunan Beynəlxalq Məqam Sənəti Forumu elmi-praktik konfransları, konsert proqramlarını, ustad dərslərini və yaradıcı müzakirələri özündə birləşdirən nüfuzlu beynəlxalq mədəni platforma kimi tanınır. Forumun əsas məqsədlərindən biri də Şərq musiqi irsinin zəngin ənənələrini qlobal miqyasda təşviq etmək, xalqlar arasında mədəni dialoqu gücləndirmək və yaradıcılıq əməkdaşlığını genişləndirməkdir. Azərbaycan nümayəndə heyətinin forumda iştirakı ölkəmizin zəngin musiqi irsinin beynəlxalq səviyyədə tanıdılması, türk dünyasının ortaq mədəni dəyərlərinin təşviqi və mədəni diplomatiyanın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.