BAYRAQDAR MEDİA – İyunun 24-də mədəniyyət naziri Adil Kərimli Özbəkistana səfəri çərçivəsində “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin təntənəli açılış mərasimində iştirak edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “türk dünyasının ortaq tarixi-mədəni irsinin təşviqinə və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən tədbirdə türk dövlətlərinin mədəniyyət nazirləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Mərasimdə çıxış edənlər Əndican şəhərinin zəngin tarixi, qədim mədəni ənənələri və türk-islam sivilizasiyasının inkişafındakı rolunu vurğulayaraq layihənin türk xalqları arasında mədəni həmrəyliyin və humanitar əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar”.
Sonra xəbərdə, “tədbir çərçivəsində türk dünyasının musiqi və rəqs kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub, müxtəlif xalqların zəngin mədəni irsi nümayiş etdirilib. Azərbaycan nümayəndə heyətinin tədbirdə iştirakı ölkəmizin türk dünyası ilə mədəni əlaqələrin dərinləşdirilməsi, ortaq irsin qorunması və beynəlxalq humanitar əməkdaşlığın inkişafına verdiyi töhfənin növbəti təzahürü kimi dəyərləndirilir” deyə qeyd olunur.










İlk şərhi yaza bilərsiniz