Press "Enter" to skip to content

“Birinci Türkoloji Qurultayın dərsləri” adlı dərs vəsaitinin nəşri

“Birinci Türkoloji Qurultayın dərsləri” adlı dərs vəsaitinin nəşri

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibəti ilə “Birinci Türkoloji Qurultayın dərsləri” adlı dərs vəsaiti nəşr edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “kitabı BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov hazırlayıb. Kitab BDU Elmi Şurasında müzakirə olunaraq dərs vəsaiti kimi təsdiq edilib və “BDU Nəşr Evi”ndə çap olunub. Dərs vəsaitində Birinci Türkoloji Qurultayın materialları elmi əsaslarla öyrənilir. Qurultayın əlifba, orfoqrafiya, terminologiya, ədəbi dil, dilin tədrisi, türk dilləri və türk tarixi problemləri (mövzuları) üzrə dərsləri ön plana çıxarılır. Dərs vəsaiti Filologiya, Tarix, Şərqşünaslıq fakültələrinin tələbələri, eləcə də Qurultayın zəngin elmi-mədəni irsi ilə maraqlananlar, tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacaq”.

Kitabın ideya müəllifi BDU rektoru Elçin Babayev, elmi redaktoru tarix üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü, Prof. Şahin Mustafayev, rəyçiləri filologiya üzrə elmlər doktoru, Prof. Mahirə Hüseynova və filologiya üzrə elmlər doktoru, Prof. Məhərrəm Məmmədovdur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.