Press "Enter" to skip to content

Birinci Türkoloji Qurultayın iştirakçıları “İblis” tamaşasını izləyib

Birinci Türkoloji Qurultayın iştirakçıları “İblis” tamaşasını izləyib

BAYRAQDAR MEDİA – Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”nin qonaqları iyulun 1-də Ağdam Muğam Mərkəzində Azərbaycan Dövlət Pantomim Teatrının təqdimatında dahi Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı izləyiblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Bəhruz Əhmədli, İblis obrazının ifaçısı isə Əməkdar artist Səbinə Hacıyevadır. Tamaşada həmçinin Nurlan Rüstəmov, Elxan Şahaliyev, Elmin Qiyaslı, Cavad Nuriyev, Hüseyn İsmayılov, Solmaz Bədəlova, Nuridə MusabəyliJalə Novruzova çıxış ediblər”.

Ardınca xəbərdə, “tamaşada hadisələr müharibələrin, zorakılığın və səfalətin tüğyan etdiyi bir dövrdə cərəyan edir. Səhnə əsəri insanların öz çirkin əməllərinə bəraət qazandırmaq üçün bir başçı təyin edib bütün günahları onun üzərinə atmaq cəhdlərini diqqətə çatdırır. Münaqişə də məhz ondan başlayır ki, bu dəfə seçdikləri rəhbər onların əlində alətə çevrilmək istəmir. Sona qədər davam edən bu mübarizədə çoxluq qalib gəlir. Tamaşada əks olunan hadisələr bütün zamanlar və xalqlar üçün aktualdır. Səhnə əsərində insanlıq və iblis arasındakı bitməyən mübarizə zəngin pantomim dili ilə canlandırılıb” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.