BAYRAQDAR MEDİA – “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi “İnsan alveri əleyhinə ictimai maarifləndirmə” adlı layihəsinin icrasına başlayıb.
“İnsan alveri əleyhinə ictimai maarifləndirmə” layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.
“Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyinin sədri Anar Xəlilov bildirib ki, layihənin icrasına 01 avqust 2026-cı il tarixindən başlanılıb. Layihə icrası keçmiş məcburi köçkünlərin məskunlaşdığı Bərdə, Ağcabədi, Ağdam, Biləsuvar, Fizuli rayonlarında, Mingəçevir və Bakı şəhərində nəzərdə tutulub. Layihə iki ay davam edəcək.
Layihənin əsas məqsədi keçmiş məcburi köçkünlər arasında insan alverinin qurbanına çevrilmə və cinayətkar qrupların tələsinə düşməhallarının baş verməməsi üçün maarifləndirici tövsiyələr verməkdən ibarətdir.
Layihənin icrası ilə bağlı mütamadi olaraq ictimaiyyətə geniş məlumat veriləcək.






İlk şərhi yaza bilərsiniz