Press "Enter" to skip to content

Türkiyə-Azərbaycan Universiteti – elm, təhsil və sənayenin birləşdiyi yeni universitet – VİDEO

BAYRAQDAR MEDIA – İki dövlətin tarixi qardaşlığı müasir elmin mərkəzində birləşdi.

2024-cü ilin fevralın 19-unda Ankarada Türkiyə Cwmhurbaşqanı cənab Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə imzalanan Anlaşma Memorandumu ilə regionun yeni akademik cazibə mərkəzi – Türkiyə-Azərbaycan Universiteti yarandı.

Türkiyənin nüfuzlu ali təhsil müəssisələri – Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetinin güclü təhsili Azərbaycan Texniki Universitetinin dəstəyi ilə eyni çətir altında, burada birləşir.

Hazırda 174 tələbənin təhsil aldığı universitetdə 3 ixtisas üzrə tədris aparılır:

– Kompüter mühəndisliyi

– Sənaye mühəndisliyi

– Qida mühəndisliyi

Sizə qlobal rəqabət meydanında önə keçmək üçün hər şey təklif olunur:

– Dövlət sifarişi əsasında qəbul

– Tam ingilis dilində təhsil

– Müasir laboratoriyalar və real sənaye əməkdaşlığı ilə eyni anda nəzəriyyə və praktika

– Və sərhədləri aşan, beynəlxalq səviyyədə tanınan iki diplom!

Türkiyə-Azərbaycan Universiteti yeni tədris ilində Azərbaycanın istedadlı gənclərini beynəlxalq təhsil mühitinə dəvət edir. Qlobal rəqabət meydanına hazırsınız? Gələcəyinizi lider universitetlərin akademik gücü ilə qurun!

Türkiyə-Azərbaycan Universiteti – Güc birlikdədir!

 

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.