BAYRAQDAR MEDİA – Məlum olduğu kimi Azərbaycanın Qars Baş Konsulluğunda vəzifə dəyişikliyi baş verib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Qoşqar Zeynalov Qars baş konsulu vəzifəsinə təyin edilib. Qarsda bir müddət Azərbaycanın baş konsulu vəzifəsində çalışan Zamin Əliyevin İstanbul Azərbaycan Baş Konsulluğuna təyin edilməsindən sonra Qarsdakı vəzifə vakant qalmışdı. Yeni təyinatla bu vəzifəyə Qoşqar Zeynalov gətirilib.
Bu arada karsmanset.com saytı xəbər verir ki, təyinat qərarından sonra Qarsa gələn Zeynalov baş konsulluqdakı vəzifəsinin icrasına rəsmi olaraq başlayıb.
Məlumata görə, Qoşqar Zeynalovun yeni dönəmdə Azərbaycanla Qars arasındakı diplomatik, iqtisadi, mədəni və sosial əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcəyi gözlənilir.










İlk şərhi yaza bilərsiniz