Press "Enter" to skip to content

“ASAN xidmət”in nümayəndə heyəti “TEKNOFEST”də

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

BAYRAQDAR MEDİA – Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti “Türkiyə Texnologiya Komandası” – T3 Fondunun dəvəti ilə Şanlıurfa şəhərində keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”in mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev və “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov finala yüksələn və ölkəmizi təmsil edən komandalarla görüşüblər, onların uğurlarını yüksək qiymətləndiriblər və iştirakçıları təbrik ediblər. 41 komandada təmsil olunan gənclərin bu sahədə əldə etdikləri nailiyyətlərin Azərbaycanın texnoloji inkişafına mühüm töhfə olduğu diqqətə çatdırılıb. Xatırladaq ki, Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış Protokola əsasən yaradılan “Bilim Bakı” mərkəzi “TEKNOFEST”in Azərbaycandakı rəsmi koordinatorudur. Festivalda Azərbaycanı təmsil edən universitet tələbələri, gənclər və şagirdlərdən ibarət komandalar hazırlıq mərhələlərini məhz bu mərkəzdə keçiriblər. Mərkəz onlara texniki və nəzəri biliklərin artırılmasında dəstək göstərərək, startapların beynəlxalq səviyyədə rəqabətə hazırlaşmasına töhfə verib”.

2018-ci ildən etibarən keçirilən “TEKNOFEST” innovasiya, startap və texnologiya sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri kimi tanınır. Festivalın əsas məqsədlərindən biri gənclərin texnologiya və elm sahələrinə marağının artırılması, həmçinin onların inkişafına şərait yaradılmasıdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.