Press "Enter" to skip to content

Azərbaycanın ilboyu turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Təqdimat zamanı

BAYRAQDAR MEDİA – 5-8 oktyabr tarixlərində Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi “Absheron Hotel Group” (AHG) ilə birgə Trabzon, Qaziantep, Bursa və Konya şəhərlərində silsilə seminarlar təşkil edib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlər Türkiyənin turizm sənayesi və media sahəsindən 250-yə yaxın nümayəndəni bir araya gətirib. Seminarlar çərçivəsində Azərbaycanın zəngin tarixi-mədəni irsi, təbii müxtəlifliyi və müxtəlif səyahət təcrübələri barədə məlumat verilib. Dağ turizmi, açıq hava fəaliyyətləri, şəhər turizmi və mədəni marşrutlar ölkənin ilboyu turizm imkanları sırasında təqdim olunub.

Təqdimatlarda qış turizminə xüsusi diqqət yetirilib, Azərbaycanın dağlıq ərazilərində mövsümi istirahət imkanları diqqətə çatdırılıb. Şuşanın tarixi-mədəni irsi ilə yanaşı, biznes turizmi istiqamətində potensialı vurğulanıb.

Seminarlar çərçivəsində keçirilən B2B görüşlərdə Azərbaycan və Türkiyə turizm sənayesinin nümayəndələri arasında fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirlər ATB-nin Türkiyə bazarında Azərbaycanın mövqeyinin gücləndirilməsi, sektor nümayəndələri ilə əlaqələrin genişləndirilməsi və ölkənin ilboyu səyahət istiqaməti kimi təşviqi istiqamətində fəaliyyətinin tərkib hissəsidir.

2026-cı ilin yanvar-sentyabr aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6.4% artaraq 355 045 nəfər təşkil edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.