Press "Enter" to skip to content

Yaşıllıqlar qanunsuz kəsilib

BAYRAQDAR MEDİA – Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Xankəndi şəhərləri, Lənkəran və Şamaxı rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində, Xankəndi şəhəri ərazisində, Lənkəran rayonu Havzava və Şamaxı rayonu Qaleybuğurd kəndlərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 32 min 950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.