Press "Enter" to skip to content

Azərbaycanın kulinariya irsi Adanada təqdim olunub

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi Azərbaycan Milli Kulinariya Mərkəzi ilə birgə oktyabrın 9–11-də Adanada keçirilən 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında iştirak edib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Acısı və şirini ilə 10-cu il – 10 qat ləzzət” mövzusuna həsr olunan festival Türkiyədən və digər ölkələrdən aşpazları, istehsalçıları, qastronomiya mütəxəssislərini və kulinariya həvəskarlarını bir araya gətirib.

Festival çərçivəsində Azərbaycanın milli stendində yerli məhsullar və milli mətbəx nümunələri təqdim olunub. Azərbaycanlı aşpazların hazırladığı ənənəvi yeməklər vasitəsilə ziyarətçilər ölkənin kulinariya irsi və mətbəx ənənələri ilə tanış olublar. Adana valisi Mustafa Yavuz Azərbaycan milli stendini ziyarət edib.

Tədbirdə Azərbaycanın qastronomiya turizmi imkanları, regional məhsulları və kulinariya ənənələrinin turizm təcrübəsindəki rolu diqqətə çatdırılıb.

Festivalın proqramına aşpaz təqdimatları, ustad dərsləri, müzakirələr və qastronomiyaya həsr olunmuş digər tədbirlər daxil olub.

Azərbaycanın festivalda iştirakı ölkənin milli mətbəxinin beynəlxalq auditoriyaya təqdim edilməsi, eləcə də Türkiyənin turizm sənayesi nümayəndələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərin davamıdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.