Press "Enter" to skip to content

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) daha 2 ixtisaslaşmış Sosial Xidmət Mərkəzi (SXM) fəaliyyətə başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Hacıqabul və Göyçay rayonlarında yerləşən Mərkəzlərdə ixtisaslı mütəxəssislər tərəfindən çətin həyat şəraitində olan şəxslərə reabilitasiya xidmətləri göstəriləcək. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara psixoloji, pedaqoji, loqopedik və aktiv terapiya xidmətləri təşkil ediləcək. Benefisiarların valideynləri isə valideyn bacarıqlarının artırılması istiqamətində müvafiq təlimlərə cəlb olunacaqlar. Yeni açılan mərkəzlər də daxil olmaqla, Agentliyin ölkə üzrə artıq 7 SXM (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam, Hacıqabul, Göyçay) və bir Sosial Xidmət Kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir. Bu mərkəzlərdə hazırda 300-ə yaxın şəxs dövlət qayğısı ilə əhatə olunur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.