Press "Enter" to skip to content

Azərbaycan-İsrail mədəni əməkdaşlığının müzakirəsi

Azərbaycan-İsrail mədəni əməkdaşlığının müzakirəsi

BAYRAQDAR MEDİA – Mədəniyyət naziri Adil Kərimli noyabrın 17-də İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Kraus ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “səfiri salamlayan A.Kərimli Azərbaycan-İsrail münasibətlərinin qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib. Qeyd edib ki, iki ölkə arasında mədəni əlaqələr ildən-ilə genişlənir. İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və incəsənət layihələrində qarşılıqlı iştirak bu əməkdaşlığın inkişafına mühüm töhfə verir”.

Daha sonra xəbərdə, “R.Kraus səmimi qəbula görə təşəkkürünü bildirərək iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Görüşdə Azərbaycan-İsrail mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, mədəniyyətin müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.