Press "Enter" to skip to content

Goranboyda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Goranboyda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

BAYRAQDAR MEDİA – Prezidentin tapşırığına uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Rövşən Rzayev noyabrın 23-də Goranboy rayonunda vətəndaşları qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya QMKİDK-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qəbulda Goranboy, Naftalan və Xocalı rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən Böyük Qayıdış prosesi, dövlət mənzil fonduna aid xüsusi təyinatlı yaşayış sahələri ilə təminat, müvəqqəti məskunlaşma yerlərindəki yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı olub”.

Daha sonra xəbərdə, “qəbul zamanı vətəndaşların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident Mehriban Əliyeva da bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərir. Həmçinin işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın mərhələli şəkildə davam etdirildiyi və bu prosesdə müvəqqəti məskunlaşma yerlərində daha ağır şəraitdə yaşayan ailələrin köçürülməsinə üstünlük verildiyi qeyd olunub” deyə qeyd olunur.

Vətəndaşların müraciətləri fərdi qaydada araşdırılıb, qaldırılan bir sıra məsələlərlə bağlı müvafiq tədbirlər görülüb. Digər müraciətlər üzrə qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.