Press "Enter" to skip to content

BDU rektoru ümumrespublika bilik yarışında qalib olan tələbələrlə görüşüb

BDU rektoru ümumrespublika bilik yarışında qalib olan tələbələrlə görüşüb

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında III yeri tutan BDU komandasının üzvləri ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “rektor tələbələrin keyfiyyətli təhsil almaqla yanaşı, elmi tədqiqatlara maraq göstərməsinin və intellektual müsabiqələrdə fəal iştirakının sevindirici hal olduğunu bildirib. M.Abbaszadə gənclərin Azərbaycan dilini, eləcə də xarici dillərdən birini mükəmməl bilmələrinin vacibliyini vurğulayaraq tələbələrin əcnəbi dillərə marağının artırılması ilə bağlı təkliflərin nəzərdən keçiriləcəyini qeyd edib”.

Sonra xəbərdə, “tələbələrlə kommunikasiyanın gücləndiriləcəyini və onların təşəbbüslərinə hər zaman açıq olacağını diqqətə çatdıran rektor universitetin gənclər təşkilatlarının fəaliyyəti ilə də maraqlanıb. Daha sonra rektor “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında qalib olan komanda üzvlərinin təkliflərini dinləyib” deyə diqqətə çatdırılır.

Sonda tələbələrə hədiyyələr təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.