Press "Enter" to skip to content

Cənub Regional Mərkəzində təlim – VİDEO

Cənub Regional Mərkəzində təlim

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Regional “ASAN Xidmət” mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda nəzəri-praktiki təlim keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təlimdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, müəssisənin kollektivi və könüllülər iştirak ediblər. Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları barədə tədbir iştirakçılarına geniş məlumat verilib”.

Daha sonra xəbərdə, “interaktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb. Daha sonra davam etdirilən praktiki hissə çərçivəsində FHN-in “112” qaynar telefon xəttinə daxil olan şərti fövqəladə hadisə barədə məlumat əsasında obyektin qüvvələri ilə birgə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi, “hadisə” yerində çevik kəşfiyyatın aparılması və “nəticələrinin aradan qaldırılması” əməliyyatları yerinə yetirilib” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.