Press "Enter" to skip to content

Tacikistanlı professor MEK-də

Tacikistanlı professor MEK-də

BAYRAQDAR MEDİA – Tacikistan Milli Elmlər Akademiyasının İndira Qandi adına Mərkəzi Elmi Kitabxanasının direktoru, Prof. Şodiməhəmməd Sufizadə Azərbaycan Milli Elmər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qonaq MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşüb. Görüş zamanı iki ölkənin elmi kitabxanaları arasında əlaqələrin genişləndirilməsi, kitabxana-informasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsi və müasir kitabxana xidmətlərinin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. MEK direktoru kitabxananın fəaliyyəti, zəngin informasiya resursları, rəqəmsallaşma istiqamətində həyata keçirilən layihələr, elektron xidmətlər və süni intellekt texnologiyalarının kitabxana işində tətbiqi barədə məlumat verib. O, beynəlxalq əlaqələrin genişləndirilməsinin, elmi informasiya resurslarına əlçatanlığın artırılmasının və qabaqcıl təcrübələrin paylaşılmasının əhəmiyyətini vurğulayıb”.

Daha sonra xəbərdə, “Ş.Sufizadə vurğulayıb ki, Tacikistanın aparıcı elmi-informasiya müəssisələrindən biri olan İndira Qandinin adına MEK elmi ədəbiyyatın mühafizəsi və tədqiqatçıların informasiya təminatı ilə yanaşı, elektron resursların formalaşdırılması, nadir nəşrlərin rəqəmsallaşdırılması və elmi-biblioqrafik fəaliyyət istiqamətlərində də iş aparır. Həmçinin qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olacağını da qeyd edib. Müzakirələr zamanı kitabxanalar arasında əməkdaşlığın sistemli şəkildə qurulması, məqsədilə memorandumun imzalanması barədə ilkin razılığa gəlinib” deyə vurğulanır.

Sonda H.Hüseynov öz müəllifi olduğu kitabları və hədiyyəni qonağa təqdim edib. Ş.Sufizadə isə öz növbəsində nəşrləri MEK-ə hədiyyə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.