Press "Enter" to skip to content

Ceyhun Bayramov Türk Keneşinin nümayəndə heyətini qəbul edib

Bayraqdar.info – Sentyabrın 9-da xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Keneşi) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, tərəflər Türk Keneşinin gündəliyində duran geniş spektrli məsələlər, qarşıdan gələn tədbirlər, xüsusilə də cari ildə İstanbulda keçiriləcək Zirvə görüşünə hazırlıq məsələlərini ətraflı müzakirə ediblər.

Bakıda keçiriləcək Türk Keneşi ölkələrinin iqtisadiyyat nazirlərinin görüşü və Biznes Forumunun gündəliyi barədə məlumat verən Baş katib, həmçinin TK-nin iqtisadi sahədə əməkdaşlığın möhkəmləndirilməsi sahəsində görülən tədbirlərdən danışıb. Bağdad Amreyev bütün iştirakçı dövlətlərdən şirkətlərin Azərbaycanın azad olunmuş ərazilərinin bərpası prosesində iştirakda maraqlı olduqlarını qeyd edib və çoxsaylı iş adamlarının Bakıda keçiriləcək Biznes Foruma qatıldıqlarını vurğulayıb.

Nazir Ceyhun Bayramov TK-nin Bakıda baş tutacaq iqtisadiyyat nazirlərinin görüşü və Biznes Forumuna uğurlar arzulayıb. Azərbaycanın TK çərçivəsində əməkdaşlığa yüksək önəm verdiyi, təşkilatın fəaliyyətinin tərəfimizdən hər zaman dəstəkləndiyi vurğulanıb.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Mission News Theme by Compete Themes.