BAYRAQDAR MEDİA – Avropa Birliyi ümid edir ki, Kosovanın quzeyində son gərginlik aprelin 4-də Brüsseldə keçiriləcək Kosova və Serbiya arasında baş müzakirəçilərin növbəti görüşünə təsir etməyəcək.
Bunu AB-nin sözçüsü Peter Stano deyib. O, hər iki tərəfin münasibətlrəin normallaşmasına töhfə verməsinin, normallaşma və barışıq mühitini qoruyub saxlamağın və tərəflərin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini bəyan edib.
Kosovo Haberin məlumatlna görə, P.Stano bildirib ki, hər iki tərəf mənfi təsir göstərəcək hər hansı fəaliyyətdən çəkinməyə söz verib.
O, “Avropa Birliyi ciddi addımlar atmaq üçün hər iki tərəfə təzyiq etməkdə aydın və qətiyyətlidi” deyib.





