Press "Enter" to skip to content

Aygün Əliyeva: Biz Zəngəzur dəhlizini böyük Turan yolunun ayrılmaz tərkib hissəsi hesab edirik

Aygün Əliyeva

BAYRAQDAR MEDİA – “Zaman-zaman türk xalqları bir-birindən ayrı salınmağa çalışılsa da, onlar tarixin bütün sınaqlarından üzüağ çıxmağı bacarıblar. Çünki biz həm qılıncı, həm qələmi, həm də könülü ilə tarix yazan millətik”.

Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Bakıda keçirilən “Dildə, fikirdə, işdə birlik – Türk dünyasının gələcəyi” mövzusunda panel iclasındakı çıxışında deyib.

İcraçı direktoru bildirib ki, türk dünyasını birləşdirən təkcə ortaq tarix deyil, həm də ümumi mənəvi dəyərlərdir: “Bizim üçün hər bir türk yurdu eyni taleyi bölüşdüyümüz bir ana nəfəsi qədər doğmadır”.

A.Əliyeva, həmçinin “Nə xoş ki, bu gün Türk dünyası artıq bir xəyal deyil, reallıqdır, tarixi missiyadır. Bu, gələcək nəsillərə ötürməli olduğumuz müqəddəs bir mirasdır. Biz hər birimiz bu mirası qoruyaraq mədəniyyətimizi, dilimizi, adət-ənənəmizi, birliyimizi və gücümüzü yaşatmalıyıq” deyə vurulayıb.

Çıxışında Vətən müharibəsində əldə olunan şanlı Qələbənin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəri olduğunu da vurğulayan A.Əliyeva daha sonra deyib: “Bu müharibədən sonra regionda yeni reallıqlar formalaşıb. Türkiyənin bölgədə mövcudluğu və Azərbaycanın digər türk dövlətləri ilə sosial-iqtisadi sahələrdə əməkdaşlığı gücümüzə güc qatıb. Yaxın gələcəkdə reallaşacağına sonsuz inam bəslədiyimiz Zəngəzur dəhlizi isə böyük türk dünyasının körpüsüdür. Biz Zəngəzur dəhlizini böyük Turan yolunun ayrılmaz tərkib hissəsi hesab edirik”.

Mission News Theme by Compete Themes.