Press "Enter" to skip to content

“Təmiz hava” aylığına başlanılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən may ayının 10-dan iyun ayının 10-dək ölkə ərazisində “Təmiz hava” aylığı tədbiri həyata keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirin keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırkı vəziyyətinin öyrənilməsi, eyni zamanda, ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkar olunması və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsidir”.

Nazirlik sürücülərdən, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edib.

Mission News Theme by Compete Themes.