Press "Enter" to skip to content

Süni intellektlə bağlı beynəlxalq təlimat Azərbaycan dilinə tərcümə edilib

Süni intellektlə bağlı beynəlxalq təlimat Azərbaycan dilinə tərcümə edilib

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Anadolu Universiteti Kitabxanaları Konsorsiumunun (ANKOS) hazırladığı “Universitet kitabxanaları üçün yaradıcı süni intellektdən istifadə təlimatı və siyasəti” adlı vəsait Azərbaycan dilinə tərcümə edilərək elektron variantı kitabxananın rəsmi saytında yerləşdirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “vəsait ANKOS İdarə Heyətinin yazılı icazəsi əsasında Azərbaycan dilinə tərcümə edilib. Vəsaitin tərcüməsinin ideya müəllifi MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, tərcüməçisi isə İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovadır. Vəsait akademik kitabxanalarda süni intellekt texnologiyalarının şüurlu, etik və səmərəli istifadəsini təşviq etmək, kitabxana mütəxəssislərinin bu sahədə bilik və bacarıqlarının artırılmasına töhfə vermək, həmçinin ölkədə akademik kitabxanaların rəqəmsal transformasiya prosesini dəstəkləmək məqsədi ilə hazırlanıb”.

Daha sonra xəbərdə, “təlimatda kitabxanaçılar və informasiya mütəxəssisləri üçün süni intellekt texnologiyalarının tətbiqinə dair praktik tövsiyələr və fəaliyyət istiqamətləri təqdim olunur. Eyni zamanda, vəsait beynəlxalq və milli tədqiqatlara, qabaqcıl təcrübələrə və müasir texnoloji yeniliklərə əsaslanaraq kitabxanaların öz süni intellekt siyasətlərini formalaşdırmasına dəstək verir. Qeyd edək ki, təlimat kitabxanaçılara süni intellektdən daha səmərəli və məsuliyyətli istifadə etməyə, akademik informasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, eləcə də kitabxanaların rəqəmsal inkişafına töhfə verəcək” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.