Press "Enter" to skip to content

Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək

BAYRAQDAR MEDİA – Bakı Yunus Emre İnstitutunun dəstəyi və Beynəlxalq Muğam Mərkəzinin ev sahibliyi ilə Türkiyə və Azərbaycanın ortaq mədəni irsini universal musiqi dili vasitəsilə bir araya gətirən “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək.

Bakı Yunus Emre İnstitutunun yaydığı məlumata görə, konsertdə Türkiyə və Azərbaycanın tanınmış bəstəkarlarının seçilmiş əsərləri səsləndiriləcək.

Proqramın xüsusi məqamlarından biri C.Yazlarlının L.Bayramoğullarına həsr etdiyi fleyta, fortepiano və zərb alətləri üçün “Fleytanın Səsi” əsərinin dünya premyerasının təqdim olunmasıdır.

Konsert oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Bakı Yunus Emre İnstitutu sənətsevərləri Türkiyə və Azərbaycanın zəngin musiqi mədəniyyətini eyni səhnədə bir araya gətirəcək bu xüsusi konsertə dəvət edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.