Press "Enter" to skip to content

Azərbaycan-Gürcüstan enerji əməkdaşlığının müzakirəsi

Azərbaycan-Gürcüstan enerji əməkdaşlığının müzakirəsi

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin, iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan əlaqələrinin strateji tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Energetikanın ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri olduğu qeyd edilərək neft, qaz, elektrik enerjisi və tranzit sahələrində birgə fəaliyyətin nəticələrindən bəhs olunub. Birgə həyata keçirilən layihələrin iki ölkənin və regionun enerji təhlükəsizliyindəki rolu, SOCAR-ın Gürcüstandakı fəaliyyətinin ikitərəfli iqtisadi əlaqələrə töhfələri qeyd edilib. Enerji layihələrinin əhəmiyyətinin iki ölkənin hüdudlarından kənara çıxdığı, regional bağlantıların genişləndirilməsinə xidmət etdiyi bildirilib. Son dövrdə imzalanmış sazişlərin enerji əməkdaşlığını daha da gücləndirəcəyinə inam ifadə edilib”.

Görüşdə iki ölkənin elektrik enerjisi sistemlərinin paralel iş rejimləri və qarşılıqlı enerji mübadiləsi barədə fikir mübadiləsi aparılıb. Yaşıl enerji dəhlizləri və Avropa ilə enerji bağlantılarının inkişafı üzrə əməkdaşlığın perspektivlərinə də toxunulub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.