Son yeniləmə: 24 Noyabr 2026
BAYRAQDAR MEDİA – Azərbaycanda ana dilimizə və mədəniyyətimizə sədaqətlə xidmət etmək, mədəniyyətlərarası dialoqu gücləndirmək, dünya xalqlarının zəngin irsini və adət-ənənələrini ölkəmizdə geniş təbliğ etmək məqsədilə “Mədəniyyətlərin Qovşağı” İctimai Birliyi yaradılıb.
Yeni təşkilat dünya mədəniyyətlərini Azərbaycanda öyrənmək və təbliğ etməyi hədəfləyir. Birliyin bu istiqamətdə layihələr, seminarlar və beynəlxalq proqramlar həyata keçirməsi planlaşdırılır.
Yeni quruma yazıçı, ssenarist, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Şəbnəm Tofiqqızı sədrlik edir. İctimai Birlik könüllülük və üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında fəaliyyət göstərərək yerli və beynəlxalq əməkdaşlıqlara açıqdır.














İlk şərhi yaza bilərsiniz