Press "Enter" to skip to content

Buxarestdə Azərbaycan-Rumıniya enerji əməkdaşlığının müzakirəsi

Buxarestdə Azərbaycan-Rumıniya enerji əməkdaşlığının müzakirəsi

BAYRAQDAR MEDİA – Buxarestdə “Xəzə-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə nazirlərin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Dumitru Kisəlitsə ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə təbii qaz təchizatı, neft və neft məhsullarının ticarəti, eləcə də elektrik enerjisi sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf imkanları müzakirə edilib. Nazirlər “Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası üzrə növbəti addımları və iclasın nəticələrini müzakirə ediblər. Türkiyənin layihəyə qoşulmasının əhəmiyyəti vurğulanıb”.

Birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib. Görüşdə, həmçinin Rumıniyanın “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinə qoşulması perspektivi də nəzərdən keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.