Press "Enter" to skip to content

Səyyar ASAN qatar bu dəfə Lənkərandadır

Bayraqdar.info – Səyyar ASAN qatar iyulun 1-dən Lənkəran dəmiryol stansiyasında vətəndaşlara xidmət göstərir.

Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, səyyar ASAN qatar növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanır və əhaliyə xidmət göstərir. Səyyar ASAN qatar gözləmə zalı, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 3 vaqondan ibarətdir.

O da vurğulanıb ki. ümumilikdə Lənkəranda səyyar xidmət 19 dəfə gerçəkləşib. 16 dəfə səyyar ASAN xidmət avtobusları vasitəsilə 76 minə yaxın, 3 dəfə isə ASAN qatar vasitəsilə 14 minə yaxın vətəndaş müraciəti daxil olub.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

Hazırda Lənkəran şəhərində fəaliyyət göstərən səyyar ASAN qatarın növbəti dayanacağı Astara rayonu olacaq.

2013-cü ildən həyata keçirilən səyyar ASAN xidmət vasitəsi ilə ümumilikdə 2 milyon 400 minə yaxın, 2021-ci il ərzində isə 103 minə yaxın vətəndaş müraciəti daxil olub.

Mission News Theme by Compete Themes.